Saytımıza daxil olan istifadəçilər öz məlumatlarını bizə etibar edirlər. Bu məlumatların təhlükəsizliyini təmin etmək məsuliyyətli, eləcə də çətin işdir, komandamız bunu anlayır. Məxfilik siyasətimiz sizdən topladığımız məlumatları, bu məlumatları toplama səbəbimiz və s. barədə ətraflı məlumat verir. Dünyanın müxtəlif yerlərindən saytımızı ziyarət edən istifadəçilərin məlumatlarını qorumaq üçün eyni texnologiyalardan istifadə edirik. Bu texnologiyalar qabaqcıl şifrələmə sistemləri ilə qorunur və saytımızdan kənara ötürülmür. Şirkətimiz məlumat və şəbəkə təhlükəsizliyində ekspert mütəxəssislərdən ibarət komanda təşkil edib. Bu komandanın üzvləri platformada qoruma sistemini saxlayır, təhlükəsizlik infrastrukturunu inkişaf etdirir və məxfilik siyasətini dəqiq şəkildə yerinə yetirir. Məxfilik siyasətimizinə uyğunluğu qoruyan hüquqşünaslar komandası və nizmalayıcı mütəxəssislərimiz var.

TOPLANILAN MƏLUMATLAR VƏ TOPLANMA MƏQSƏDİ

Xidmətimizdən istifadə etdiyiniz zaman sizə daha faydalı xidmət göstərmək üçün bəzi məlumatlarınızı toplayırıq. Topladığımız məlumatlardan istifadəmiz xidmətimizdən necə istifadə etməyinizdən, eləcə də məxfilik nəzarətlərinizi necə idarə etməyinizdən asılıdır. İstifadəçi məlumatlarını toplamaq üçün müxtəlif texnologiyalardan istifadə edirik. Bu texnologiyalara yerli yaddaş, kukilər, verilənlər bazası, serverlər girişləri və s. daxildir.Topladığımız bütün məlumatlar xidmətlərimizdən necə istifadə etdiyiniz müəyyənləşdirməyə və sizin üçün onları daha təkmilləşdirməyə kömək edir. Məlumatlarınızı bizə etibar etməyiniz bizim üçün olduqca dəyərlidir. Bizə təmin edilən məlumatları qorumaq üçün şifrələmə proqram təminatları ilə protokollarından istifadə edirik. Xidmətimizdən istifadə etdiyiniz zaman Məxfilik Siyasətimizlə raşılaşırsınız. Aşağıda istifadəçilərdən topladığımız iki növ verilənləri ətraflı izah edirik.

Bir daha qeyd edək ki, xidmətimiz yüksək təhülkəsizlik funksiyaları vasitəsilə məlumatlarınızı qoruyur. Xidmətlərimizi qorumaq üçün istifadə etdiyimiz alətlərdən aldığımız statistik verilənlər sayəsində təhlükəsizliyiniz zərər verə biləcək hadisələri xəbəriniz olmadan bloklayırıq. Sizi maraqlandıra biləcək hansısa təhlükə aşkarladığımız zaman sizi daha yaxşı qorumaq, eləcə də məlumatlandırmaq üçün bu aşkarlamanı sizinlə bölüşə bilərik. Komandamız istifadəçi məlumatların məxfiliyini qorumaq üçün dayanmadan çalışır. Təhlükəsizlik ekspertlərimiz sistemimizə icazəsiz girişin qarşısına almaq üçün məlumatlarınızın toplanmasına, saxlanmasına və emalına nəzarət edir.

Sözügedən Məxfilik Siyasətimiz təklif etdiyimiz bütün xidmətlərə şamil olunur. Bu Məxfilik Siyasətində olmayan maddələri olan siyasətlərə məxfilik siyasətimiz tətbiq olunmur. Məxfilik Siyasətimizi zaman-zaman yeniləyə, ona əlavələr edə bilərik. Məxfilik Siyasətimizə edilən son dəyişikliyin tarixi hər zaman əks olunur. Əhəmiyyətli dəyişikliklər barədə istifadəçilərə müəyyən əlaqə vasitələri ilə öncədən bildiriş göndərə bilərik. Buna baxmayaraq bəzi hallarda istifadəçilərə xəbər vermədən də Məxfilik siyasətimizə yeniliklər tətbiq edə bilərik.

MƏLUMATLARI NECƏ TOPLAYIRIQ

İstifadəçiləri məlumatlarından xidmətimizi təkmilləşdirmək və yeni xidmətlər təklif etmək üçün istifadə edirik. Bə istifadəçi verilənlərini necə toplayırıq? İstifadəçi məlumatlarını toplamaq üçün IP ünvanı izləyən alətlər, kukilər və izləmə sisteminin digər vasitələrindən istifadə edirik. bunlar içərisində kukilər böyük rol oynayır. Sayta daxil olduğunuz zaman kukilər növbəti səfərinizi asanlaşdırmaq və sizə fərdiləşdirilmiş təcrübə təklif etməyə imkan verir. Fikir vermisinizsə, hansısa daxil olduğunuzda kukiləri qəbul etməyinizlə bağlı pəncərə görünür. Həmçinin axtarış zamanı işlətdiyiniz sözlər də datanın toplanmasında böyük rol oynayır. Brauzer ayarlarında kukiləri təmizləklə və ya bloklamaqla məlumatlarınızın toplanmasına mane ola bilərsiniz.

TOPLADIĞIMIZ MƏLUMATLARI NƏ QƏDƏR MÜDDƏT SAXLAYIRIQ

Topladığımız məlumatların növündən və onun təyin edilmiş istifadəsindən asılı olaraq onların saxlanma müddəti fərqlidir. Bəzi məlumatları istədiyiniz vaxt silə bilərsiniz, məsələn; şəxsi məlumatlarınızı. Eləcə də hesabınızda yadda saxlanılan fəaliyyət tarixçəsini təmizləyə bilərsiniz. Saxlanma müddəti bitən bütün məlumat növləri müəyyən müddətdən sonra birdəfəlik silinir və ya anonimləşdirilir. Məlumatınızın təhlükəsizliyinin qorunması üçün müvafiq şifrələmə protokollarını işə cəlb edirik. İstifadəçilərdən topladığımız məlumatlar serverlərimizdə həmin məlumatlar faydalı hesab olunana qədər saxlanılır. Vaxtı gəldikdə silinmə prosesi serverlərimiz tərəfindən tam şəkildə həyata keçirilir və məlumatlar artıq serverlərimizdə əlçatan olmur.

İSTİFADƏÇİLƏRİN HÜQUQLARI NƏLƏRDİR

İstifadəçilər məxfilik ayarlarına dəyişikliklər edə, məlumatlarının kopyasını çıxara və ya onları silə bilərlər. Bunu etməyin yollarından biri brauzer ayarlarıdır. Axtarış mühərriki kimi Google Chrome istifadə edirsinizsə, Ayarlar → Təhlükəsizlik və Məxfilik → Brauzer tarixçəsini silin bölməsinə keçməklə kukiləri silə və ya blok edə bilərsiniz. Brauzerin kukiləri avtomatik blok etməyini də təyin edə bilərsiniz. Lakin nəzərinizə çatdıraq ki, bu zaman daxil olduğunuz saytda hansısa funksionallıq əlçatan olmaya bilər, çünki funksional kukiləri də blok etmiş olacaqsınız. Məlumatlarınızın toplanmasına cihaz səviyyəsində də dəyişiklik edə bilərsiniz. Məsələn smartfonunuzda məkan xidmətlərinin deaktiv etməklə saytların ünvanınızı aşkarlamasına mane ola bilərsiniz.

MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ

Xidmətimiz bütünlükdə istifadəçi verilənlərinin tamamilə məxfi saxlanılması prinsipi ilə fəaliyyət göstərir. Ötürülmə zamanı istifadəçilərdən toplanan məlumatlar xüsusi texnologiyalar vasitəsilə anonimləşdirilir və qorunur. Əldə etdiyimiz məlumatlar, həmçinin saytımıza edilən xakker hücumlarının və digər dələduzluq fəaliyyətlərinin qarşısına almağa da imkan verir. İstifadəçilərin şəxsi məlumatlarına yalnız ekspertlərdən ibarət komandamızın giriş hüququ var. Bunun da səbəbi onların toplanan məlumatları emal etməsidir. Giriş verilən hər bir komanda üzvü ciddi məxfilik qaydalarından xəbərdardır və bunlara mütləq şəkildə əməl edir. Öhdəliklərini pozan əməkdaşlar müvafiq şəkildə cəzalandırılır, yaxud onların komandadkı vəzifəsinə xitam verilir.

MƏLUMATLARIN ÖTÜRÜLMƏSİ

Platformamız bir çox ölkədə fəaliyyət göstərdiyi üçün dünyanın müxtəlif yerlərində serverlərimiz var. Ona görə də məlumatlarınız yaşadığınız ölkədən kənardakə serverlər tərəfindən də toplana bilər. Hər ölkədə məlumatların qorunması üzrə qanunlar fərqlidir, bəziləri bu mövzuda daha sərt tələblər qoyur, bəziləri isə sadə. Tələblərin necəliyindən asılı olmayaraq məxfilik siyasətimizdə eyni qorumaq alqoritmlərindən istifadə edirik. Sorğu əldə etdiyimiz zaman o sorğunu göndərən tərəfə cavab veririk. Qəliz olan problemlərin həll edilməsi üçün erli məlumatların qorunmasına cavabdeh olan orqanlar daxil olmaqla, müvafiq tənzimləyici orqanlarla əməkdaşlıq edirik.