Çox əyləncəli və maraqlı vaxt keçirdiyiniz qumar xəbəriniz belə olmadan asılılığa çevrilə bilər. Hansı növ qumar (idman mərcləri, kart oyunları, slotlar və s.) oynadığınızdan asılı olmayaraq yaranan qumar asılılığı başqaları ilə münasibətlərinizi korlaya, işinizə mənfi təsir edə və ən nəhayət sizi maliyyə cəhətdən iflasa apara bilər. Qumar asılılığı ilə bağlı bəzi miflər var. Bəziləri düşünür ki, qumar asılılığının yaranması üçün hər gün dayanmadan qumar oynamaq lazımdır. Əslində isə bu həqiqət deyil. Oynadığınız qumar sizin üçün problem yaradırsa, hər gün oynasanız da, oynamasınız da, qumar xəstəliyinə tutulmuş ola bilərsiniz. Bu xəstəliyə tutulan insanlar adətən öz günahlarına görə başqalarını günahlandırırlar. Bu zaman qumarbazın borcunu ödəyib onu asılılıqdan çıxaracağınızı düşünürsünüzsə, yanılırsınız. Bu, işləri daha da pisləşdirə bilər.

QUMAR ASILILIĞININ NÖVLƏRİ

Qumar asılılığının bir neçə növləri də var. Aşağıda bunların hər birinin izahı verilib:

Qumar xəstəliyindən xilas olmağın yolları da var. Əvvəlcə ailənizlə və yaxınlarınızla münasibətinizi düzəldib, sonra büdcənizi bərpa etməyə çalışmalısınız. Yox əgər asılılıq qabaqcıl səviyyədədirsə, o zaman peşəkar mütəxəssisdən yardım almağınız daha yaxşı olardı.

BÖYÜKLƏRDƏ QUMAR ASILILIĞININ ƏLAMƏTLƏRİ

Qumar asılılığı ilə bağlı aparılan son araşdırmalar nəticəsində aşağıdakımaddələr bir insanda qumar asılılığının səbəblərini göstərir:

Onu qeyd edək ki, bu maddələrin hər hansınınsa bir insanda görülməsi onun mütləq şəkildə qumar xəstəliyindən əziyyət çəkdiyini göstərməz. Doğru və dəqiq diaqnozun qoyulması üçün şəxsi təcrübəli və peşəkar həkim müayinə etməlidir. Sözügedən əlamətləri təqdim edirik. Qumar xəstəliyinin dəqiq səbəbinin nə olduğu tam məlum olmasa da, ailədən kiminsə qumar oynaması, yaş və ilk oyunda yüksək məbləğin qazanılması bu asılılığın səbəblərindən hesab olunur. Asılılığın dəqiq səbəbini heç kim bilmir, yalnız müəyyən faktorlar burada qumar asılılığının səbəbləri kimi təyin oluna bilər. Bunlardan biri bioloji faktorlardır. Daha çox kompulsiv qumar asılılığından əziyyət çəkən insanlarda görünən bu faktor asılılığın narkotik asılılığı ilə bir növ eyni olduğunu sübut etməyə çalışır. Araşdırmalara əsasən qumarda böyük uduş qazananda həmin an insanın beynində yarrana reaksiya narkomanın bir doza kokain qəbul etdiyi zaman ortaya çıxan reaksiya ilə eynidir. Stress hormonu norepinefrin və xoşbəxtlik hormonu serotoninin əskikliyi də kompulsiv asılılığa gətirib çıxara bilər. Qumar xəstəliyinə tutulan insanlara bəzən sosial faktorlar da təsir edir. İş və ya ailə həyatında uğursuluz, özünü reallaşdıra bilməmək, yaxud insanın çevrəsi onu qumarbaz edə bilər. Həmçinin qeyd edək ki, alkoqolizm və narkomaniyadan əziyyət çəkən insanların patoloji qumar asılılığına tutulma riski daha yüksəkdir. Eləcə də bəzi fiziki problemlər, məsələn şəxsiyyət pozqunluğu, deprezziv həyat tərzi də insanı qumara meyyləndirə bilər. Asılılıqdan azad olmağın yolları müxtəlifdir. Bunlaradan biri terapiyadır. Peşəkar treyner vasitəsilə fizioterapiya ilə məşğul olmaqla asılılığa son vermək mümkündür. Bundan başqa, tibbi dəstək və ya qrup dəstəyi kimi metodlar da uyğun yollardan hesab olunur.

QUMAR ASILILIĞI NECƏ YARANIR

Qumar asılılığı çox vaxt qumar sənayesinin özü tərəfindən başladılır və davam etdirilir. Asılılığın yaranması çox vaxt qumarbazın çoxlu pul qazanmaq istəyi, uğurlu qumarbaz olub şöhrətə qovuşmaq arzusu, qumarxanadakı əyləncəli və manipulyasiya edici atmosfer və digər amillər səbəb ola bilər. Təəssüflər olsun ki, qumar xəstəliyinə tutulduqdan sonra ona son vermə çox çətin ola bilər. Qumarbaz davamlı olaraq pul uduzub dayanmadıqda itirdiyi pulları geri qazanmaq üçün yenidən cəhdlər etdikdə bu asılılıq daha da pisləşməyə başlayır. Beləliklə qumarbazın ruh halında tədricən dəyişikliklər görünməyə başlayır, onda narahtçılıq, dərin depressiya və daimi əsəbilik müşahidə olunur. Təsadüfi deyil ki, çox vaxt qumar borcuna görə kiminsə intihar etdiyini eşidirik. Bəzən belə insanlara tam intihar etməsələr də özlərinə və ya ailə üzvlərinə necəsə zərər verirlər. Qumarın daimi həyat tərzinə çevrilməsi qumarbazın sonra narkotik və spirtli içkidən də imtina edə bilməməsi ilə nəticələnir. Əksər qumarbazlar maddi və sosial baxımdan bu həyata atılsalar da, bəziləri də olur ki, dərdləri unutmaq üçün qumarı bir çarə kimi görürlər. Bəzi mütəxəssislər qumar xəstəliyinə səssiz asılılıq da deyirlər. Baxmayaraq ki, bu xəstələyinin gözlə görünən simptomları çoxdur. Əslində isə qumar xəstəliyinə tutulan insanlar özləri bunun fərqində olmurlar, ona görə də çox vaxt inkar etməklə özlərini ovudurlar. Ona görə də önəmlidir ki, ailə üzvləri və ya yaxınlardan kimisə qumar xəstəliyindən şübhələndiyi zaman həmin şəxsə göz-qulaq olsun. Qumar xəstəliyini aşkar etdiyiniz zaman ilk olaraq yaxşı olardı ki, həmin şəxslə üzbəüz danışasınız. Onu hər zaman dəstəklədiyiniz və kömək etmək üçün əlinizdən gələni əsirgəməyəcəyinizi deyəsiniz. Qumar xəstliyindən əziyyət çəkən insanı dəstək almağa məcbur olmaq onun geri çəkilməsinə daha inkar etməsinə səbəb ola bilər.

QUMAR ASILILIĞINI NECƏ AŞKARLAMAQ OLAR

Qumar asılılığını aşkarlamaq üçün onun əlamətlərindən xəbərdar olmaq lazımdır. Bu xəstəliyin simptomları bir az fərqlidir. Belə ki bütün qumarbazlar qumar oynadıqlarını və ya çoxlu borcları olduğunu inkar etməklə məşhurdurlar. Bununla belə ailənizdə və ya dostlarınızda belə hal aşkar etdikdə ilk edəcəyiniz şey onuna danışmaq və onu heç nəyi qəbul etməyə məcbur etməməkdir. Bu mövzuda çox araşdırmalar aparılsa da, qumar xəstəliyini yaradan tam səbəb hələ də dəqiq məlum deyil. Bununla belə bəzi amillərdən insanlar bu yola düşə bilərlər, məsələn; adrenalin və ya macərə axtarışı, stressli gündən sonra rahatlama və dincəlmək, sosiallaşmaq, heç kimlə paylaşılmayan dərdlər və problemlərdən qurtulmaq, darıxdırıcı həyat tərzi və vaxt keçirmək və sairə. Bu faktorlar qumar xəstəliyini yaradan emosional amillərdir. Qumar asılılığınıöyrnməyin yollarından biri isə qumar xəstəliyinə tutulmuş insanların davranışa fikir verməkdir. Belə insanlar özlərindən tez çıxırlar və ya ümumiyyətlə, özlərini idarə etməkdə çətinlik çəkirlər, iş yerində problem yaradırlar, işdən yayınırlar, işə gəlmirlər, iş yoldaşları ilə yola getmirlər, gördükləri işə diqqətlərini verə bilmirlər, yaxın olduqları insanlarla araları pisləşməyə başlayır, pul oğurlayıb qumara qoyurlar, narahatçılıq, başağrısı, depressiya, mədə ağrıları və stress hormonlarından əziyyət çəkirlər. Qumar xəstəliyi zarafat deyil. Bəzi insanlar bu xəstəliyi ciddi qəbul etmirlər, lakin onu qeyd edək ki, qumar xəstələrinin beyni narkotik asılılığı olan insanların beyni ilə eyni formada işləyirlər. Məhz buna görə təsadüfi deyil ki, qumar xəstələrini müalicə etmək üçün bəzi həkimlər narkomaniyada istifadə edilən dərman vasitələrindən istifadə edirlər. Qumar xəstəliyini aşakrlamaq elə də asan deyil. Çox vaxt qumarbaz maddi çöküş yaşayana qədər bunu gizlədə bilir. Qumar asılılığının bölməmizdə asılılığın göstəricilərinə dərindən nəzər salaraq ətraflı məlumat ala bilərsiniz.

QUMAR ASILILIĞINDAN NECƏ XİLAS OLMAQ OLAR

Gizli xəstəlik də adlandırılan qumar asılılığının alkoqol və ya narkoatik asılılığı kimi gözlə görünən simptomları yoxdur. Qumar xəstəliyini müalicə etməyin dəqiq yolu olmasa da, güclü asılılıqdan əziyyət çəkən insanlar üçün hazırlanmış öyrədici proqramlar faydalı ola bilər. Kompulsiz asılılıqdan əziyyət çəkən insanlar, qumarxanalardan, qumarxananı onlara xatırladan hər yerdən kənar gəzməlidirlər. Problemin erkən mərhələsində tədbir görmək istənilən halda faydalı olur. Asılılığını müalicə etməyi çətinləşdirən ən böyük səbəb isə əksər qumarbazların qumar asılılığını qəbul etməməsi və bunu təkidlə inkar etməsidir. Tövsiyə edilən xilas olma üsullarından biri terapiyadır. Çox vaxt koqnitiv davranış terapiyası faydalı ola bilir. Bu terapiyada üzləşə bilmədiyiniz davranışı qəbul edib onu idarə etməyi öyrənirsiniz. Bu zaman neqativ, qeyri-sağlam inanc və fikirlərinizi sağlam və müsbət düşüncələrlə əvəz etməyi də öyrənirsiniz. Terapiyalardan danışmışkən ailə terapiyasını da məsləhət görə bilərik. Qumar xəstəliyi üçün tövsiyə edilən üsullardan biri də tibbi müalicə yoludur. Əhval-ruhiyyə stabilləşdiriciləri, eləcə də antidepressantlar qumar narahatlıq, bipolyar pozğuntu və depressiya və ya kimidan əziyyət çəkən qumarbazlara kömək edə bilər. Hətta bəzi antidepressantlar qumar asılılığını ciddi şəkildə azalda bilir. Antaqonistlər adlanan dərmanlar kompulsiv qumar xəstələrinin müalicəsinə kömək edə bilər. bəzi insanlar dərdlərini kimə danışanda rahatlaşıb yüngülləşirlər. Məhz bunun üçün özəlliklə qumar xəstəliyindən əziyyət çəkənlər üçün yaradılmış özünədsətək qrupları mövcuddur. Hər qumarbazın problemindən və ehtiyaclarından asılı olaraq xəstəliyin müalicəsi dəyişə bilər. Hansısa proqrama qoşulub tamamilə sağaldıqdan sonra belə xəstələrin bəziləri yenidən qumar oynamağa başlaya bilir. Belə xəstələr yenidən qumar oynamaq istədikdə dərhal həkim və ya treynerləri ilə məsləhətləşməlidirlər. Qumar xəstəliyindən tam xilas olmaq mümkündür. Bunun üçün ilk növbədə güclü iradə və möhkəm əzm lazımdır.

QUMAR ASILILIĞINDAN QURTULMAĞIN YOLLARI

Artıq öyrəndik ki, qumar asılılığı insanda fizioloji və psixoloji təsir yaradır. Qumar xəstəliyini aşkar etdiyiniz şəxsin hansı asılılıqdan əziyyət çəkməsindən, onun fərdi ehtiyaclarından və digər amillərdən asılı olaraq ona fərqli yollarla kömək etmək olar. Bəzi insanlarda bu asılılıq erkən təyin edilir və sağalma müddəti daha tez və effektiv nəticə verir. Bəzilərində isə, xüsusilə, kompulsiv deyilən asılılıqdan əziyyət çəkən qumarbazların müalicəsi isə nisbətən qəliz ola bilər. Buna baxmayaraq qumar xəstəliyindən qurtulmaq da mümkündür. Bunun üşün qumarbazı doğru proqrama yönləndirmək lazımdır. İndi isə gəlin qumar asılılığından xilas olmaq üçün hansı resurslardan istifadə olunur, onlardan danışaq. Qumarbazların əksəriyyətinə terapiya tövsiyə olunur. Bunlar fizioloji və ya koqnitiv terapiyalar ola bilər. Qumar asılılığının əqli problemlərə də səbəb olduğu insanlarda tibbi müalicəyə də ehtiyac ola bilər. Bu zaman müəyyən saktləşdirici dərmanlar vasitəsilə qumar xəstəliyinə son vermək olur. Özünədəstək qrupları qumar xəstəliyindən azad olmağın yollarından digər biridir. Burada eyni xəstəlikdən əziyyət çəkən insalar müəyyən qruplarda görüşüb bir-biriləri ilə söhbət edirlər, müxtəlif fəaliyyətlərdə iştirak edirlər və sairə. Daha bir üsul isə rəqəmsal vasitələrdir. Bütün dünya rəqəmsallaşdığı kimi dəstək texonologiyaları da rəqəmsal dünyaya uyğunlaşmağa davam edir. Artıq qumarbazlara dəstək göstərən qaynar zəng xidmətləri kimi dəstək versiyaları mövcuddur. Bu zəng mərkəzinə zəng edən şəxs mərkəz tərəfindən müvafiq yerli səhiyyə orqanına yönləndirir. Bəzi xidmətlər onlayn söhbət, mesajlaşma vasitəsilə də fəaliyyət göstərir. Müraciət edilən resursan asılı olmayaraq ilk növbədə qumar asılılığından əziyyət çəkən şəxs yaşadığı hadisənin fərqində olmalı və bu asılılıqdan azad olmağı özü istəməlidir. Bir çox qumarbazlar ailə üzvlərinin təzyiqi nəticəsində sağalmaq istəyirlər və nəticədə sağalsalar da, yenidən eyni yola geri qayıdırlar.